Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nazir Ceyhun Bayramovun Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
10.10.2023
A+
A-

 

 

 

 

No:577/23, Nazir Ceyhun Bayramovun Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşünə dair mətbuat məlumatı

 

 

9 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

 

 

 

Görüş zamanı Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

 

 

 

Azərbaycan və Tacikistan arasında mövcud olan dostluq münasibətlərindən söz açan nazir Ceyhun Bayramov, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusilə vurğulayıb və ölkəmizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü məmnunluqla qeyd edib.

 

 

 

Azərbaycan və Tacikistan arasında geniş investisiya potensialının mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bu xüsusda ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf potensialının olduğunu söyləyib. Bakı–Düşənbə birbaşa təyyarə reyslərinin bu, habelə turizm sahəsində ölkələr arasında əlaqələrin güclənməsində böyük rol oynadığı vurğulanıb.

 

 

 

Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən nazir Ceyhun Bayramov, erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal anti-terror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd olunub.

 

 

 

Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin öz növbəsində Azərbaycan tərəfinə qonaqpərvər qarşılamaya görə minnətdarlığını bildirib və Azərbaycan–Tacikistan qardaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf etdiyini, iki ölkə arasında logistika, nəqliyyat, turizm və digər sahələrdə geniş əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no57723

 

 

 

REKLAM ALANI