Krakov Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib
Krakov Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib
2024
Krakov Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib
Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.
Anım mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.
📌https://t.co/nGvEdBFN4e#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət pic.twitter.com/MURXjss4Ua
— Azerbaijani Diaspora (@DiasporaAz) February 27, 2024
İlk olaraq tədbir iştirakçıları Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalıda törədilmiş dəhşətli qətliamı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının şəkilləri önünə qərənfillər düzülüb, şamlar yandırılıb.
Sərgidə iştirak edən polyaklara qətliam barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının Ermənistanın etnik təmizləmə siyasətinin bir parçası olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakinin qətlə yetirildiyi, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib.
Qeyd edək ki, hazırda dünyanın 16 ölkəsində 28 Azərbaycan Evi fəaliyyət göstərir və bu evlər Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırıması məqsədilə keçirilən çoxsaylı tədbirlərə ev sahibliyi edir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/krakov-azerbaycan-evinde-xocali-soyqiriminin-qurbanlari-yad-edilib-4283