Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Hatay Azərbaycan Evinin rəhbəri: “Prezident İlham Əliyev qardaşın dərdinə dərman olmağa çalışır”

Hatay Azərbaycan Evinin rəhbəri: “Prezident İlham Əliyev qardaşın dərdinə dərman olmağa çalışır”
REKLAM ALANI
19.02.2023
A+
A-

 

 

 

Hatay Azərbaycan Evinin rəhbəri: “Prezident İlham Əliyev qardaşın dərdinə dərman olmağa çalışır”
, 2023
Hatay Azərbaycan Evinin rəhbəri: “Prezident İlham Əliyev qardaşın dərdinə dərman olmağa çalışır”
“Türkiyədə yaşanan fəlakət və acılar çox böyükdür. Bunu sözlə anlatmaq mümkün deyil. Amma bu gün Azərbaycan Respublikası və Prezident İlham Əliyev yüksək dövlət davranışı nümayiş etdirir, qardaşın dərdinə dərman olmağa çalışır”. Bu sözləri Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür deyib.

Onun sözlərinə görə, Hatay Azərbaycan Evi bu ağır günlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə sistemli şəkildə hərəkət edir və zəlzələ bölgəsindəki zərərçəkənlərə, o cümlədən azərbaycanlılara dayaq olmağa çalışır. Osmaniyədə evləri dağılmış 5 azərbaycanlı ailə vilayətin Papaq kəndinə yerləşdirilib və onların bütün ehtiyacları ödənilib. Artıq Hatay vilayətinə Azərbaycandan qida yardımları aparan ilk TIR çatıb. Bu yardımın 25 TIR olması nəzərdə tutulur: “Hatay Azərbaycan Evi olaraq İsgəndərun EXPO ərazisində Azərbaycan şəhərciyi quracağıq. Azərbaycan bayrağının dalğalanacağı şəhərcikdə evsiz qalmış insanları yerləşdirəcəyik və onların bütün ehtiyaclarını qarşılamağa çalışacağıq”.

Başar Kömür yardımları bölgəyə çatdıran “Azerbaijan Caspian Shipping Company” şirkətinə də minnətdarlığını bildirib. “Biz də Azərbaycan diasporu olaraq əlimizdən gələni edirik və edəcəyik. Azərbaycan və Türkiyə var olsun! Bir daha belə acı yaşamayaq!”, – deyə vurğulayıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/hatay-azerbaycan-evinin-rehberi-prezident-ilham-eliyev-qardasin-derdine-derman-olmaga-calisir-2407

 

 

 

REKLAM ALANI