Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Good Shepherd” Qida Bankının saytında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətində söz açılıb

“Good Shepherd” Qida Bankının saytında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətində söz açılıb
REKLAM ALANI
18.01.2023
A+
A-

 

 

 

“Good Shepherd” Qida Bankının saytında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətində söz açılıb

2023

“Good Shepherd” Qida Bankının saytında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətində söz açılıb
“Good Shepherd” Meyn Ştatının Qida Bankının https://www.gsfb.org portalında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətindən bəhs edilib.

Məqalədə bildirilib ki, Azərbaycan Avropa və Asiya ilə həmsərhəd bölgədə yerləşir, xalqımızın mədəniyyətində həm Şərq, həm də Qərb təsirləri hiss edilir, ölkəmizdə etnik mənsubiyyət, din və dil baxımından müxtəlif millətlər birgə yaşayır.

Məqalədə Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikirlərinə yer verilib. O bildirib ki, Azərbaycan icmasının bir araya gətirilməsi, Meyndə məskunlaşan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin və mədəni müxtəlifliyin təbliği istiqamətində 15 ildir çalışan cəmiyyətin fəaliyyəti dəyişən ehtiyaclar səbəbindən müxtəlif spektrləri əhatə edir. COVID-19 koronavirus pandemiyası dövrünün çağırışlarına cavab verən cəmiyyət yerli sakinlərə, xüsusilə də təcrid vəziyyətində olan yaşlı insanlara müxtəlif maarifləndirici vasitələrlə və ərzaqla yardım edib, hazırda isə ukraynalı qaçqınlara köməyini əsirgəmir.

Tədbirlərin keçirilməsi ənənəsi qayıtdıqdan sonra cəmiyyətin icma quruculuğunu, mədəni tədbirləri davam etdirməklə insanların mənəvi rahatlıq tapmasına çalışdığı vurğulanıb. Bu baxımdan cəmiyyət insanları birgə toplantılarla bir araya gətirməyə çalışır. Çünki birgə məclislər insanlara öz mətbəxləri və mədəniyyətləri ilə fəxr etmək imkanı yaradır. Bu yaxınlarda Azərbaycan-Amerika cazmeni, bəstəkar Emil Əfrasiyabın iştirakı ilə “Pitsa və caz” tədbirinin keçirilməsi belə addımlardan biridir. Bu cür tədbirlər mədəniyyətlərarası mübadiləyə, Azərbaycan və Amerika mədəniyyətlərinin böyük zövqlə paylaşılmasına gətirib çıxarır.

Qeyd edək ki, “Good Shepherd” Ərzaq Bankı Meyn ştatında yoxsulluqla və aclıqla mübarizə aparan ən böyük yardım təşkilatıdır.

https://www.gsfb.org/blog/2023/01/12/culturally-relevant-food-series-azerbaijan-society-of-maine/

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/good-shepherd-qida-bankinin-saytinda-meyn-azerbaycan-cemiyyetinin-fealiyyetinde-soz-acilib-2187

 

 

REKLAM ALANI