Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Budapeştdə türk xalqlarının gəncləri Novruz münasibətilə bir araya gəlib

Budapeştdə türk xalqlarının gəncləri Novruz münasibətilə bir araya gəlib
REKLAM ALANI
24.03.2023
A+
A-

 

 

 

 

Budapeştdə türk xalqlarının gəncləri Novruz münasibətilə bir araya gəlib
, 2023
Budapeştdə türk xalqlarının gəncləri Novruz münasibətilə bir araya gəlib

Macarıstanın paytaxtı Budapeştdə Novruz bayramına həsr olunmuş “Yeni Gün” adlı şənlik keçirilib.

 

Tədbir Macarıstan Azərbaycan Evi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycanın Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə baş tutub.

 

Tədbir iştirakçılarını salamlayan Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və başqa qonaqlar türk xalqlarını Novruz bayramı münasibətilə təbrik ediblər. Azərbaycanlı gənclərin ortaq türk tarixinin, mədəniyyətinin, adət-ənənələrinin və milli dəyərlərinin təbliğində mühüm roluna diqqət cəlb edilib.

 

Bayram şənliyi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, tatar və çuvaş icmalarının yeniyetmə və gənclərdən ibarət yaradıcılıq kollektivlərinin konsert proqramı ilə davam edib. Qonaqlar yumurta döyüşdürməsi kimi əyləncəli oyuna böyük həvəslə qatılıblar.

 

Sonra AVİD idarə heyətinin üzvü Nazim Musabəylinin müəllifi olduğu “Novruz” tamaşası nümayiş etdirilib.

 

Tədbirin sonunda gənclər türk xalqları mətbəxinin ləziz təamlarına qonaq edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/budapestde-turk-xalqlarinin-gencleri-novruz-munasibetile-bir-araya-gelib-2664

 

 

 

REKLAM ALANI