Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Diasporuna Dəstək Fondu və TADEF Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə yardım edib

Azərbaycan Diasporuna Dəstək Fondu və TADEF Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə yardım edib
REKLAM ALANI
26.04.2023
A+
A-

 

 

 

Azərbaycan Diasporuna Dəstək Fondu və TADEF Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə yardım edib
, 2023
Azərbaycan Diasporuna Dəstək Fondu və TADEF Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə yardım edib

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) ilə birlikdə Kahramanmaraş şəhərində zəlzələdən zərər çəkənlərə yardım kampaniyası təşkil edib.

Yardım kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərər çəkənlərin həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

 

 

 

 

Kahramanmaraş valisi Ömər Faruk Coşkun, Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör Azərbaycandan gələn qonaqlarla və diaspor nümayəndələri ilə görüşüblər. Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, TADEF-in və Türkiyədəki Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Görüşdə kampaniyanın səmərəli təşkili müzakirə olunub, Azərbaycan dövlətinin, həmçinin diaspor təşkilatlarının hər zaman türkiyəli qardaşlarımızın yanında olduqları, müvafiq addımlar atmağa hazır olduqları diqqətə çatdırılıb.

Minlərlə soydaşımızın da aralarında olduğu 2600-dən çox ailəyə çatdırılan yardım bağlamalarında 30 çeşiddə gündəlik tələbat malları var. TADEF-in təşklatçılığı ilə İstanbuldan Kahramanmaraşa yola düşən maşınlar artıq ünvana çatıb və yardım zəlzələdən zərər çəkənlərə çatdırılır.

Qeyd edək ki, yardım kampaniyası xaricdə yaşayan aztəminatlı azərbaycanlılara, o cümlədən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə sosial yardım göstərilməsi üçün ayrılan dövlət vəsaiti və bir müddət əvvəl ADDF tərəfindən həyata keçirilmiş “Türkiyə, səninləyik!” yardımtoplama kampaniyası çərçivəsində toplanmış ianələr hesabına həyata keçirilir. Kampaniya iki gün davam edəcək.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-diasporuna-destek-fondu-ve-tadef-kahramanmarasda-zelzeleden-zerer-cekenlere-yardim-edib-2825

 

 

 

REKLAM ALANI